12 C
Baku
Saturday, November 23, 2024

DB: Mənzillərin isidilməsi üçün təbii qazdan isitfadə 10 faiz ola bilər

Mənzil sektorunun karbonsuzlaşdırılması enerji səmərəliliyinin artırılması ilə yanaşı, ekoloji cəhətdən daha təmiz istilik mənbələrinə keçilməsinə səbəb ola bilər. Enerji səmərəliliyi üçün binaların izolyasiyası və səmərəli qızdırıcı cihazlardan istifadə enerjiyə son tələbatı 2050-ci ilədək 60 faizdən çox azalda bilər.

Bu barədə Dünya Bankının Azərbaycanla bağlı açıqlanan hesabatında bildirilib.

 

Qeyd olunub ki, bununla da təbii qazla isidilmə tamamilə dayandırıla bilər.

Hesabatda qeyd olunub ki, 2050-ci ilədək mənzil sektorunda təbii qazla isidilmə hazırda mövcud olan 85 faizlik göstərici ilə müqayisədə enerjiyə son tələbatın təqribən 10 faizini təşkil edə bilər.

“Bundan əlavə, ev təsərrüfatlarında istifadə edilən qaz təbii qaz, bioqaz və hidrogenin qarışığından ibarət ola bilər ki, beləliklə də mineral təbii qazın payı ümumi rəqəmin yalnız 20 faizini təşkil edə bilər”, – deyə qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər