6 C
Baku
Sunday, December 15, 2024

“Dedim ki, a kişi Şuşada sərhəd var?” – Prezident Elçin Quliyevin müraciətini tənqid edib

“Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq”.

Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilməsi zamanı deyib.

“Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.

Son xəbərlər
Digər xəbərlər