Azərbaycanda 2020-ci ilin noyabrında fiziki şəxslərin depozitlərinin həcmi 7 milyard 908.2 milyon manat olub, bu da öncəki ayla müqayisədə 37.9 mln. manat (0.5%) azalma olması deməkdir.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının noyabr ayı üzrə göstəricilərinə istinadən xəbər verir.
Mərkəzi Bankda fiziki şəxslərin əmanətlərinin 3 milyard 742.2 milyon manatı milli valyutada, 4 milyard 166.1 milyon manat ekvivalentində isə xarici valyutada olan depozitlərdir.
Ölkədə milli olan depozitlərin həcmi ötən ay 45.2 milyon manat (1.2%) artmış, xarici valyutada isə 7.2 milyon manat ekvivalentində (0.2%) azalmışdır.
Milli valyutada artıma səbəb isə rezidentlərin milli valyutada olan əmanətlərin həcminin 43.7 milyon manat (1.2%) artmaqla 3 milyard 638.5 milyon manata çatmasıdır.
Qeyd edək ki, hazırda ölkədə xarici valyuta üzrə illik faiz dərəcələri çox aşağı olduğundan və gələcək perespektivdə hazırkı vəziyyətə görə manatın dəyərsizləşmə riskinin az olması səbəbindən milli valyuta fiziki şəxslər üçün daha cəlbedicidir. Artıma əsas səbəb də məhz budur.