0 C
Baku
Sunday, February 23, 2025

“DeepSeek”in uğuru Çin fond bazarına əlavə $1.3 trln. vəsait gətirib

“Bloomberg”ə müsahibə verən ekspertlərin fikrincə, yanvarın sonlarında geniş şəkildə tanınan Çin neyron şəbəkəsi “DeepSeek”in populyarlığı investorların Çin fond bazarına, ilk növbədə, Çin texnologiya şirkətlərinin səhmlərinə kəskin axınına səbəb olub.

Çin bazarının son bir ay ərzində investorlardan, o cümlədən əsas hedcinq fondlarından ümumilikdə 1.3 trilyon dollarlıq yeni vəsait cəlb etdiyi bildirilir.

Həmçinin bildirilir ki, həmin dövrdə Hindistan fond bazarından təxminən 720 milyard dollar məbləğində vəsait xaricə çıxıb. Bu, ekspertlərə bəzi investorların “DeepSeek”in populyarlığının artması səbəbindən Hindistan qiymətli kağızlarından Çin qiymətli kağızlarına keçməsi fərziyyəsini irəli sürməyə imkan verir.

“Bu neyron şəbəkə göstərir ki, Çində həqiqətən də süni intellekt ekosisteminin mühüm hissəsini təşkil edən şirkətlər var”, – deyə “Eastspring Investments”də Asiya bazarları üzrə analitik Ken Vonq söyləyib.

Son xəbərlər
Digər xəbərlər