15 C
Baku
Saturday, April 20, 2024

Deflyasiya nədir?

Deflyasiya inflyasiyanın əksi olaraq, mal və xidmətlərin azalmaması halında qiymətlərinin ümumi səviyyəsinin aşağı düşməsi və ya pulun dəyərinin artması prosesidir. İnflyasiyanı ölçmək üçün “İstehlak Qiymətləri İndeksi”ndən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən “istehlak səbəti” əsasında aylıq əsasda hesablanır və ictimaiyyətə təqdim olunur. İstehlak səbətinə bütün zəruri tələbat malları və xidmətləri daxil edilir. Hər bir mal və xidmətin səbətdə xüsusi çəkisyə malikdir.

Deflyasiyadan ehtiyyatlı olmaq üçün səbəblər hər zaman var. Bunlar aşağıdakılardır:

  1. İstehlakçıların perspektivdə qiymətin enməsinə ümid olaraq əmtəələri almağa tələsmədikləri halda, sonraya saxlanılmış tələb əmələ gəlir, əmtəələrə olan tələb isə azalır. Bundan başqa qiymətlər də azalmış tələbə cavab olaraq aşağı düşür.
  2. Əmək haqqı haqqında proqnozlar da azalır və istehlakçılar pulu xərcləməkdənsə, yığıb saxlamağa daha çox meyilli olurlar. Məsələn ABŞ-ın iqtisadi artımının 70%-i istehlak üzərində qurulub və bu, ölkə ÜDM-nin ümumilikdə azalmasına gətirə bilər.
  3. Bank kreditləri verilməsinin həcmi də azalır, çünki kreditlərin özlərindən çox olan faizləri qaytarmaq borc alanlara əlverişli deyil.
  4. Alıcılar aldıqları əmtəənin zaman keçdikcə qiymətinin azlaması ilə bərabər itkiyə məruz qalırlar.
  5. Borc alanın borcu nə qədər çox olsa bir o qədər pisdir: deflyasiya zamanı əmək haqqı azalır borc isə həmən miqdarda qalır.
  6. İnflyasiya zamanı faiz dərəcələrinin yuxarı həddi yoxdur, deflyasiya zamanı isə onlar sıfıra yönəlirlər. Banklar 0% kredit vermirlər, dərəcələr sıfırdan yuxarı olduqda isə, banklar pul qazanırlar, lakin borc alanlar burada itkilər verməli olur.
  7. Şirkətlərin mənfəətləri deflyasiya zamanı da azalır və bu, qiymətli kağızların qiymətlərinin azalmasına gətirib çıxarır. Bu isə öz gəlirlərini dividendlər hesabına saxlamaq istəyən xüsusi investorları narahat edir.
  8. Şirkətlərin mənfəət əldə etmək mübarizələri zamanı işsizlik artır, əmək haqqı isə azalır. Bu prosesslər iqtisadiyyata bütövlükdə neqativ təsir göstərir.

Əmtəələrə tələbin artması alıcı xərclərinin aşağı düşməsinə, investisiyaların və dövlət xərclərinin azalmasına səbəb ola bilər. Adətən deflyasiyanın resessiya və iqtisadi depressiya ilə assosiasiya edilməsinə baxmayaraq, bəzi şərtlərin olduğu halda, o müəyyən əmin-amanlıq dövrlərində də müşayiət oluna bilər.

Adi insanlar üçün deflyasiyanın öhdəsindən gəlmək üçün öz işini əldən verməməlidir və mümkün qədər az borc almalıdır. Qənaət edərək pul yığmaq və iri əşyaların alınmasını sonraya saxlamaq lazımdır, lazım olmayan aktivləri isə, qiymətdən düşməmiş satmağa dəyər.

Son xəbərlər
Digər xəbərlər