8 C
Baku
Monday, November 18, 2024

Defolt baş vermədi: Rusiya borc öhdəliklərini yerinə yetirdi

Rusiya defolt narahatlıqları fonunda bond faiz ödənişləri üzrə agent kimi fəaliyyət göstərən “Citibank”a $117 milyon ödənişi yerinə yetirdiyini bildirib.

Bildirildiyi kimi, Rusiya hakimiyyəti bundan əvvəl bəyan etmişdi ki, əgər ölkənin valyuta ehtiyatlarından istifadəyə icazə verilməsə, dövlət borcu rublla ödəniləcək. Beynəlxalq “Fitch” agentliyinin xəbərdarlığına əsasən, Rusiyanın rublla dollar istiqrazları üzrə faiz ödəməsi defolt demək olacaq.

Martın 16-sında “Bloomberg” agentliyi ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb ki, Qərbin Rusiyaya qarşı sanksiyaları onun ən azı mayın sonuna qədər dollarla dövlət borcuna xidmət göstərməsinə mane olmur.

Son xəbərlər
Digər xəbərlər