13 C
Baku
Sunday, November 24, 2024

Defolt və onun növləri

Defolt (ing default –öhdəliklərin yerinə yetirilməməsi) – borc müqaviləsinin və ya borc öhdəliyinin yerinə yetirilməməsi, yəni vaxtı-vaxtında borcun əsas hissəsinin və ona görə hesablanmış faizlərin ödənməməsi halıdır. Başqa sözlərlə desək defolt:

1) kreditorlar qarşısında borclunun ödəniş öhdəliklərinin pozulması;

2) borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetrilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması;

3) firmanın ləğvetmə prosesində olduğu şəraitində qiymətli kağızlara ödənilən faizlərin kəsilməsidir..

Defolt müəssisə, kompaniya, fərdi şəxs və həmçinin dövlət tərəfindən elan oluna bilər (suveren defolt), bu öhdəliklərin bir qisminin və ya ümumiyyətlə hamısını yerinə yetirə bilməmək vəziyyətidir.

Korporativ defolt korporativ hüququn vacib anlayışlarından biridir, o bir tərəfdən müvəqqəti maliyyə çətinlikləri çəkən kompaniya üçün müdafiə mexanizmi rolu oynadığı halda ( düşmən niyyətli udulmadan və ya reyder hücumundan mühafizə və s ), digər tərəfdən isə kreditorları kompaniyanın öz borcları ilə bağlı öhdəliklərini yerinə yetirməməsi halından qoruyur.

Defoltun növləri

Defoltun prinsipial cəhətdən bir-birindən fərqlənmən iki başlıca növü vardır: adi defolt ( bankrot) və texniki defolt.

Defolt (bankrot)

Adi defolt borcalanın öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı vəziyyətdir. Bu, borcalanın iflas olması deməkdir. Əgər iflasa məruz qalan kompaniyadırsa, onda arbitraj məhkəməsi trəfindən ona rəhbər təyin edilir və həmin şəxs növbəti addımların nə olacağına qərar verir (kompaniyanın bütünlüklə və ya hissələrlə satışı və s). Əgər defolt adi vətəndaş -fiziki şəxs tərəfindən elan edilərsə, onda defolt elan edildikdən sonra ona qarşı tədbirlər milli qanunvericiliyə əsasən həyata keçirilir, amma adətən qanun fiziki şəxsləri müdafiə edir.

Əgər defolt dövlət tərəfindən elan olunursa, ondan onun borcları və digər mübahisəli məsələlər beynəlxalq miqyasa müzakirə olunaraq, həll edilir.

Texniki defolt

Texniki defolt isə emitentin (borcalanın) iradəsinə zidd olaraq, ödənişlərin həyata keçirilməsi imkanının olmaması səbəbindən baş verir, gələcəkdə isə presedent –münaqişə tərəflərin razılığa gəlməsi əsasında həll olunur. Texniki defolt – borcalanın saziş öhdəliklərini yerinə yetirə bilmədiyi situasiyadır, amma fiziki baxımdan o bunu gələcəkdə edə bilər. Müqavilənin şərtlərinin yerinə yetirilməməsi dedikdə, bu faizlərin və ya borcun əsas hissəsini ödəməkdən, həmçinin lazımı sənədlərin (məsələn illik hesabat) təqdim edilməsindən imtina və ya müqavilənin hər hansı bir şərtinin pozulması kimi nəzərdə tutulur. Bu zaman borcalan kreditora texniki defolt elan edə bilər. Kreditorun və borcalanın gələcək taleyi defoltun səbəbi və borcun gələcəkdə yerli ölkə qanunvericiliyinə uyğun olaraq imkanından asılı olaraq müəyyən edilir. Kifayət qədər hallar məlumdur ki, texniki defolt borcalanın bankrotluğuna (iflasına) gətirib çıxarmır.

Tarixdə korporativ defoltlar kifayət qədər çox baş verib, bir çox hökumətlər və dünya biznesinin nəhəngləri bir zamanlar texniki defolt həddində olublar.

Son xəbərlər
Digər xəbərlər