“DekaBank” ASC-nin idarə heyətinin sədri vəzifəsini icra edən Vəliyev Niyazi Şaiq oğlu səlahiyyətinə xitam verilib.
Bankdan Banker.az saytına verilən məlumata görə, bu barədə səhmdarlarının növbədənkənar keçirilən iclasında bildirilib.
Digər qərarla İsmayıl Araz oğlu Əliyev Bankın idarə heyətinin üzvü və sədri seçilməklə idarə heyətinin 3 nəfər tərkibdə formalaşması təmin edilib.
İdarə heyətinin digər 2 nəfər üzvünün seçilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılacaq.