26 C
Baku
Friday, April 19, 2024

“Dekabank və “Atrabank” əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı audit aparılıb

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilib.

Banker.az-a daxil olan məlumata görə, bir neçə nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Ləğv prosesində olan “Dekabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda (ADİF) aparılmış auditin nəticələrinə dair və ləğv Prosesində olan “Atrabank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişləri üzrə ADİF-də aparılmış auditin nəticələrinə müzakirələr aparılıb.

Bundan əlavə, dövlət büdcəsindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair də müzakirələr aparılıb.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

İclasda, həmçinin, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

Son xəbərlər
Digər xəbərlər