Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq qrafikdən əvvəl ödənilib.
Banker.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, bundan əvvəl dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, dekabr ayının bütün sosial təminat növləri üzrə ödənişləri bu gün yekunlaşıb.