8 C
Baku
Sunday, November 17, 2024

Dekabr üzrə Azərbaycanın xam neft hasilatının həcmi açıqlanıb

2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barrel olub. Bunun 548 min barrelini xam neft, 120 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.

Son xəbərlər
Digər xəbərlər