Dövlət Sosial Müdafiə Fondu ötən ilin dekabr ayında elektron qaydada sosial ödənişlər təyin edilən şəxslərin sayını açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, 2022-ci ilin dekabr ayında 12.5 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.
Bunlardan 1.1 min nəfərdən çox şəxsə pensiya, 11.4 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd təyin olunub.