14 C
Baku
Tuesday, May 14, 2024

Dekabrda Antalyaya rekord sayda turist səyahət edib

Yeni il ərəfəsində, dekabrın 23-dən 30-dək, Antalyanın iki hava limanına rekord sayda turist giriş edib.

Bu barədə şəhərin Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən dönəmdə ölkəyə hava yolu ilə 121 min 139 turist səfər edib.

Ümumilikdə dekabr ayında hava yolu ilə gələnlər keçən ilə görə 7 %, 227 min 701 turist sayı ilə rekord il olan 2019-cu ilə görə təxminən 32 % artaraq 302 min 505 nəfərə çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər