Dekabr ayında Avrozonada inflyasiya səviyyəsi 2,9 faiz təşkil edib.
Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, keçən ay Avrozonada istehlak qiymətləri indeksi noyabrla müqayisədə 0,2 faiz artıb.
İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda isə ən yüksək illik inflyasiya 6,1 faizlə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarında qeydə alınıb. Xidmətlər sektorunda 4 faiz, qeyri-enerji məhsullarının qiymətində 2,5 faiz artım baş verib. Enerji məhsullarının qiymətində isə 6,7 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, dekabrda İtaliyada inflyasiya göstəricisi 0,5 faiz olub.