Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Banker.az Reporta istinadən xəbər verir ki, bua barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib.
Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.
Parlament iki həftə ərzində yeni baş nazir seçməməsi şərti ilə Nikol Paşionyan istefaya getməlidir.