-3 C
Baku
Sunday, December 15, 2024

Dekabrda FED faizləri artıracaq – WSJ araşdırması

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) dekabr ayında keçirəcəyi iclasda uçot dərəcəsini artıracaq.

Belə bir nəticə “The Wall Street Journal”ın 56 iqtisadçı arasında keçirdiyi sorğu əsasında formalaşıb.

Belə ki, sorğuda iştirak edən iqtisadçıların 5,4%-i uçot dərəcəsinin sentyabr, 1,8%-i noyabr ayı, əksər hissəsi isə dekabr ayında artırılacağını bildirib. Respondentlərin 63%-i Milli iqtisadi şuranın sədri, “Goldsman Sachs” bankının keçmiş top-meneceri Qeri Konu (Gary Cohn) FED rəhbərliyində görmək istədiyini qeyd edib. Əgər belə olarsa, Kon FED tarixində ilk dəfə ixtisaslaşmış iqtisadçı olmayan rəhbər olacaq.

Qeyd edək ki, FED-in hazırki rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci il fevralın 3-də başa çatır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər