16 C
Baku
Thursday, April 18, 2024

Dekabrda son 7 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklik

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Banker.az bildirir ki, bunu Baş nazir Əli Əsədov bu gün imzalayıb.

“İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin”– deyə qərarda deyilir.

Oxşar yazı: Azərbaycanda işçisi bir saatına 3 manat belə qazana bilməyən  sahələr (Banker.az-ın araşdırması)

Qeyd edək ki, dekabrın 28 və 29-u şənbə və bazar gününə düşürdü. 

Beləliklə, ölkədə 31 dekabr 2019-cu il – 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Son xəbərlər
Digər xəbərlər