14 C
Baku
Sunday, November 24, 2024

Dekabrda yerli minik avtomobili istehsalı və satışları kəskin artdı

Azərbaycanda 2020-ci il üzrə minik avtomobili istehsalı 1 949 ədəd, satışı isə 1 774 ədəd təşkil edib.

İllik müqayisədə ölkədə istehsal 17.4% az olsa da, ötən ilin dekabr ayında istehsal öncəki aylarla müqayisədə ikiqat artıb. Dekabrda 307 ədəd minik avtomobili istehsal edilib ki, bu da ilin rekordudur. Bu noyabrda cəmi 145 ədəd təşkil edirdi. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinad edir.

İlin əvvəlində Azərbaycanda minik avtomobili istehsalı mühüm artımla öncəki ilin eyni dövrünü üstələsə (672 ədəd) də, COVID-19 pandemiyasına görə ilk karantin tətbiqindən növbəti iki ayda istehsal “qəfil dayandı”. 2020-ci ilin aprel və may ayında bir ədəd belə avtomobil istehsal edilməmişdir.748234438243

İlin sonuncu ayında istehsal gücləndiyi kimi, satış da güclənib. Avtomobilin anbarlardakı sayı noyabrda 188 ədəd olduğu halda dekabrın sonuna 199 ədəd olub. Dekabr ayı ərzində Azərbaycanın yerli istehsalı olan minik avtomobillərdən 296 ədədi satılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər