10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək  210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Son xəbərlər
Oxşar xəbərlər