ABŞ-nin kompüter istehsalçısı Dell-in səhmləri şirkətin rüblük maliyyə hesabatını açıqlamasından sonra sentyabrın 2-də, çərşənbə günü postmarket ticarətində 9% bahalaşıb. Bu barədə Bloomberg yazır.
Banker.az-ın verdiyi məlumata əsasən, Dell-in 2027-ci maliyyə ilinin ikinci rübü üzrə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 58% artaraq rekord 47 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti isə 255% artaraq 4,1 milyard dollar təşkil edib.
Dell 2027-ci maliyyə ili üzrə proqnozlarını da yüksəldib. Şirkət indi illik gəlirin 192 milyard dollara çatacağını gözləyir ki, bu da əvvəlki proqnozdan 25 milyard dollar çoxdur.
Şirkət həmçinin maliyyə ili üzrə səhm başına mənfəətin 25,5 dollar olacağını gözləyir. Uoll-strit analitiklərinin orta proqnozu isə səhm başına 19,1 dollar təşkil edir.







