“Deloitte Azərbaycan” Rəna Xəlilovanın biznes proseslərin həlləri üzrə direktoru və Aslan İbrahimovun isə risk məsləhətçisi direktoru vəzifəsinə təyin edildiyini elan edib.
Banker.az xəbər verir ki, şirkət bununla bağlı elan verib.
Rəna Xəlilovanın 20 ildən çox peşəkar təcrübəsi var, əsasən mühasibat uçotu, maliyyə, vergi işinin təşkili və əməkhaqqı üzrədir. O, “Deloitte Azərbaycan”ın Vergi və Hüquq təcrübəsi çərçivəsində Biznes prosesləri həlləri qrupuna rəhbərlik edir. Rəna Xəlilova vergi uyğunluğu, IFRS hesabatları, mühasibat xidmətləri, əmək haqqı, maliyyə proseslərinin dizaynı və tətbiqi, mühasibat uçotu və əmək haqqı proseslərinin ERP sistemləri ilə inteqrasiyası sahəsində təcrübəyə malikdir. O, Mühasiblər Assosiasiyasının üzvüdür.
Aslan İbrahimov zəmanət, məsləhət və konsaltinq sahəsində təcrübəyə malikdir. O, risklərin idarə edilməsi, daxili nəzarətin həyata keçirilməsi və biznes proseslərinin yenidən təşkili, eləcə də korporativ idarəetmə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O “Deloitte” şirkətinin Azərbaycanda davamlı inkişaf təcrübəsinə rəhbərlik edir. Onun müştəriləri portfelində iri dövlət və özəl şirkətlər, maliyyə institutları, telekommunikasiya və neft-qaz şirkətləri var.
Xatırladaq ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti 2002-ci ildən Azərbaycanda fəaliyyətdədir. Ölkədə fəaliyyətdə olan digər hüquqi şəxs kimi “Deloitte & Touche Regional Concultinq Services Limited” Şirkətinin filialıdır.