“Deloitte Azərbaycan” şirkətinin Audit & Təminat departamentinə direktor təyin edilib.
Banker.az xəbər verir ki, yeni vəzifəyə Əli Bağırov təyinat alıb.
Bu təyinata qədər “Deloitte Azərbaycan”da Baş audit meneceri kimi çalışıb. Əli Bağırov 2018-ci ildən Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.
O, 2008-2012-ci illərdə Qafqaz Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsili, 2012-2014-cü illərdə isə ISM İdarəetmə və İqtisadiyyat Universitetində Maliyyə İqtisadiyyatı ixtisası üzrə magistr dərəcəsi alıb.