8 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Deloitte & Touche” Sahibkarlığın İnkişafı Fonduna məsləhət verəcək

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Deloitte & Touche” MMC ilə 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə “İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi” layihəsinin həyata keçirilməsində təhlil, layihələndirilmə, layihənin idarə edilməsi, İT və proqramlaşdırma sahəsində konsaltinq xidmətləri və Fondun daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətləri nəzərdə tutulur.

Müqavilələrin dəyəri isə müvafiq olaraq 177 700 və 57 702 manatdır.

Son xəbərlər
Oxşar xəbərlər