Delta” aviaşirkəti rəqiblərini necə keçə bildi? – Üstünlüyünün əsas səbəbi..

0

Dünyanın ən böyük aviaşirkəti olan “Delta Air Lines”, son rübdə rəqiblərindən üstün ola bilib. Üstünlüyün əsas səbəbi isə şirkətdə Boeing 737 Max təyyarələrin olmamasıdır.

Banker.az xəbər verir ki, bunun nəticəsində “Delta” aviareyslərinə tələbat kəskin şəkildə artmağa başlayıb. Bu, gəlirin kəskin artımına səbəb olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ötən rübdə “Delta” ümumi gəliri 12,5 milyard dollar təşkil edib. Şirkətin verdiyi məlumata görə, biznes-klass uçuşların, korporativ səyahətlərin sayı daha çox artıb.

Aviaşirkətin xalis mənfəəti 34%, 1,4 milyard dollardan 1,4 milyard dollara qədər artıb. Bir səhmin qiyməti 2,35 təşkil edib. Bu, analitiklərin gözləntilərindən 7% çoxdur.

2019-cu ilin üçüncü rübündə şirkət gəlirin 2,1-2,4 milyard dollar diapazonu arasında dəyişəcəyi gözlənilir.

Son üç rübün yekunları üzrə hesabat verən “Delta”, səhmdarlarına hər rübdə payı 0,4025 ABŞ dolları məbləğində dividend paylayacağını açıqlayıb. Bu, əvvəlki rüb ilə müqayisədə 15% çoxdur. Həmin dövrdə dividendlərin məbləği hər bir səhm üçün $ 0.35 təşkil edib. 25 iyul tarixində qeydə alınmış bütün “Delta” səhmdarları avqustun 15-də dividend alacaqlar.

Şirkətin səhmləri ilin əvvəlindən bəri 21% bahalaşıb, S&P 500 indeksi isə 19% artıb.

Analitiklər kotirovkaların 11,2% artaraq 67,49 dollar təşkil edəcəyini ehtimal edirlər.