Vəzifənin 1: Marketinq kommunikasiyaları üzrə Mütəxəssis
Təcrübə müddəti: 2 il
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar: Marketing bilikləri, Layihələrin idarə edilməsi bilikləri, Biznes danışıqlar aparma texnikaları; Marketinq Kommunikasiyaları üzrə biliklər, Rəqəmsal marketinq bilikləri.
Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi
VƏZİFƏ FUNKSİYALARI:
Brendin istehlakçısını tanımaq/başa düşmək:
– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
Brend kommunikasiyasını idarə etmək:
– Reklam (TV, Radio, Outdoor, Indoor, Print) briflərini, POP və POS materiallarının briflərini hazırlamaq və təsdiqlətdirmək
– Media monitorinq hesabatlarını və araşdırmaların nəticələrini izləmək və qiymətləndirmək;
– Rəqib brendlərin məhsullarının kommunikasiya yeniliklərini izləmək, alternativ planlar hazırlamaq;
– Şirkətin rəqəmsal marketinq strategiyasının idarə edilməsi;
– Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi.
– Korporativ sosial məsuliyyət və sponsorluq layihələrinin idarə edilməsi.
Marketinq layihələrinin planlaşdırması və icraatı:
– Məhsulun brendinq strategiyasına uyğun olaraq brend kommunikasiya planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və layihənin həyata keçirmək;
– Layihələrin büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
– Marketinq kommunikasiya layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
– Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək. ”
Əmək haqqı: 800 – 1000 AZN
İş qrafiki: 5 günlük
Yaş həddi: 23 – 35 yaş
İş yeri: Sumqayıt şəh.
Vəzifənin 2: Trade Marketing Manager
Təcrübə müddəti: Uyğun vəzifədə 3 il
Təhsil: Ali
İxtisas Bilikləri və Bacarıqlar: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Layihələrin idarə edilməsi bilikləri, Bakı, Sumqayıt şəhərində VIP mağaza şəbəkələri ilə iş təcrübəsi
Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows
Xüsusi şərtlər: Şəxsi avtomobil və sürücülük vəsiqəsi tələb edilir.
VƏZİFƏ FUNKSİYALARI:
Brendin istehlakçısını tanımaq/başa düşmək:
– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırmalrı həyata keçirmək;
– Bazardan əldə edilən məlumatları interpritasiya edilərək biznes qərarlar verilə biləcək təqdimatlar hazırlamaq.
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
Satış kanallarının inkişaf etdilməsi
– Satış kanallarını mütəmadi ziyarət edərək, məhsulların vitrində və paylaşdırma kanallarındakı effektivliyini, merchandising fəaliyyətlərini yoxlamaq;
– Satış hədəflərinə çatmaq üçün satışın stimullaşmasına yönəlik fəaliyyətlər planlamaq;
– POP və POS materiallarının briflərini hazırlamaq və tətbiq etmək;
– Həyata keçirilən satışın stimullaşdırılması fəaliyyətlərinin qiymətləndirmə hesabatlarını hazırlamaq
– Brend idarəetmə standartlarına Satış heyəti tərəfindən riayət olunmasını təmin etmək.
Yeni məhsulların hazırlanması layihələrində iştirak etmək:
– İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirmək.
– Şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;”
Əmək haqqı: 1200-1500 AZN
İş qrafiki: 5 günlük
Yaş həddi: 27 – 35 yaş
İş yeri: Sumqayıt şəh.
Vəzifənin 3: Brend Menecer (Bismak)
Təcrübə müddəti: 3 il
Təhsil: Ali (Mühəndis-iqtisadi sahələr üzrə)
İxtisas Bilikləri və Bacarıqlar: Maliyyə bilikləri, Marketing bilikləri, Qiymət analizlərinin aparılması bilikləri, Büdcənin formalaşdırılması bilikləri, Layihələrin idarə edilməsi bilikləri
Kompyuter Bilikləri: MS Excel, MS Office, Windows, ERP proqramlarla profesional işləmə təcrübəsi
VƏZİFƏ FUNKSİYALARI:
Brendin istehlakçısını tanımaq/başa düşmək:
– İstehlakçı ehtiyac və davranışlarını başa düşmək və izləmək üçün bazar araşdırması tələblərini müəyyən etmək;
– Araşdırmanı istiqamətləndirmək və nəticələri təhlil /analiz etmək;
– Araşdırma nəticələrini Marketinq departamentini direktoruna təqdim etmək.
Bazarı tanımaq/başa düşmək və strategiyaları işləyib hazırlamaq:
– Bazarın dinamikasını, bazardakı rəqibləri və rəqib məhsulların inkişafını izləmək və hesabatlar hazırlamaq;
Brendlərin həyat siklini idarə etmək:
– Cavabdeh olduğu brendin marketinq strategiyalarının tətbiqini təmin etmək;
– Cavabdeh olduğu brendin məhsul portfelindəki məhsulların qablaşdırma, reklam, POS və POP materiallarının məhsul və marka ilə uyğunluğun olmasını təmin etmək və buna davamlı nəzarət etmək;
– Mövqeyləndirmə fəaliyyətlərini həyata keçirmək, bütün məhsul irəlilədilmə fəaliyyətlərinin brendin mövqeyləndirməsinə uyğunluğunu izləmək.
Yeni məhsulların hazırlanması layihələrini idarə etmək:
– Məhsul strategiyasının müəyyən edilməsində, yeni məhsulların portfelə əlavə edilməsində və mövcudların effektivliyinin yoxlanaraq qərarlar verilməsində rol almaq;
– İstehlakçı ehtiyaclarındakı boşluqları və yeni inkişaf edən istehlakçı davranışlarını müəyyənləşdirmək. Şirkətdə əlavə dəyər yaradacaq yeni məhsul və məhsul təkmilləşdirmə fikirlərini hazırlayaraq təkliflər vermək;
– Yeni məhsul konseptlərini hazırlamaq, bazar tədqiqatları vasitəsi ilə bu konseptlərə istehlakçılar tərəfindən göstərilə biləcək reaksiyaları test etmək.
Marketinq layihələrinin planlaşdırması və icraatı:
– Məhsulun brendinq strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun olaraq layihənin həftəlik izlənilməsini həyata keçirmək;
– Promosyon, taktiki satış və qiymətləndirmə fəaliyyətlərini inkişaf etdirmək
– Layihələrin və kampanyaların büdcə hədəfləri daxilində planlanmasını təmin etmək
– Marketinq layihələrinin və fəaliyyətlərinin təsdiq olunması üçün üst idarəetmə heyətinə təqdimatlar hazırlamaq
– Marketinq layihələrinin həyata keçirilməsi üçün digər departamentlər və struktur vahidləri ilə davamlı əlaqə saxlayaraq koordinasiyalı fəaliyyət göstərmək. ”
Əmək haqqı: 1200 – 1500 AZN
İş qrafiki: 5 günlük
Yaş həddi: 27 – 35 yaş
İş yeri: Sumqayıt şəh.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifəninadını qeyd edilməsi xahiş olunur.