“Delta Group”a yaxın olan 12,6 mln. manatlıq şirkət yaradılıb

Azərbaycanda 12 milyon 614 min manat nizamnamə kapitalı ilə “Krosvey” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Banker.az dövlət qurumunun məlumatına istinadən xəbər verir ki, şirkət dövlət qeydiyyatına 7 Oktyabr 2019-cu il tarixdə alınıb. MMC-nin qanuni təmsilçisi Bağırov Cümşüd Nuru oğludur.

Şirkətlə bağlı maraq doğuracaq məqam nizamnamə kapitalı ilə yanaşı onun hüquqi ünvanıdır. Belə ki, yeni yaradılan şirkət AZ1010, Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva ev.93-də yerləşir. Bu ünvan isə həmçinin “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət (2007-ci ildə) dövlət qeydiyyatına alınıb. Lakin, bu şirkətin qanuni təmsilçisi “Krosvey”in qanuni təmsilçisi ilə soyad və ata adında bənzərlik yoxdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları