2 C
Baku
Saturday, December 14, 2024

“Delta” şirkəti işçi çatışmazlığı səbəbindən 100-ə yaxın aviareysi təxirə salıb

ABŞ aviaşirkəti “Delta Airlines” işçi çatışmazlığı səbəbiylə ötən gün təxminən 100 uçuşu təxirə salmaq məcburiyyətində qalıb.

TASS xəbər verir ki, son bir neçə gündə hava daşıyıcısının xidmətlərindən istifadə edən sərnişin sayı 1 milyonu keçib və koronavirus pandemiyası başlamazdan əvvəlki göstəricilərinə çatıb. Bu halda şirkət artan iş yükü ilə əlaqədar bir sıra problemlərlə qarşılaşıb.

Bildirilir ki, daha əvvəl pandemiya dövründə aviasəfərlərin həcminin kəskin azalması səbəbindən şirkət rəhbərliyi 20 min işçisindən 3 mininin ödənişsiz məzuniyyətə göndərib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər