“Delta Telecom”da təcili toplantı keçirilir

0

“Delta Telecom” MMC-də, şirkətin internetlə təchiz etdiyi provayderlərin və güc strukturlarının nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirilib. 

Report agentliyinin əldə etdiyi məlumata görə, toplantıda kiberhücumlara qarşı mübarizə, təhlükəsizlik məsələləri müzakirə edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ümumilikdə 100-ə yaxın şəxsin qatıldığı tədbirdə “Delta Telecom” üçün hazırlanmış yeni təhlükəsizlik sistemi təqdim edilib. “İskratel” MMC-nin ərsəyə gətirdiyi sistem kiberhücumlara qarşı mübarizə aparmağa imkan verəcək. 

“İndiyə qədər provayderlər ayrı-ayrılıqda özlərinin və müştərilərinin təhlükəsizliyini qoruyurdular, amma yeni sistemin sayəsində kiberhucumlarının qarşısı “Delta Telecom”da alınacaq”, – deyə toplantıda qeyd olunub. 

Tədbir iştirakçıları ölkədə internet xidmətinin ucuzlaşdırılmasını da müzakirə edilb. “Delta Telecom”un nümayəndəsi bildirib ki, internet tariflərinin azaldılması hələ ki, gündəmdə deyil. Xatırladaq ki, şirkət bu ilin mayında provayderlərə təqdim olunan internetin qiymətində təxminən 70% endirim olacağını açıqlamışdı.