Azərbaycandakı telekommunikasiya şirkəti “Delta Telekom LTD” MMC 2023-cü ildə səhmdarlarına mənfəətindən 33.3 milyon manat dividend ayırıb.
Banker.az xəbər verir ki, telekommunikasiya şirkəti hesabat müddətində 33.6 milyon manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 18 faiz artımdır.
Bununla belə, 1 yanvar 2024-cü il tarixinə balansında 140 milyon manat bölüşdürülməmiş mənfəət olub.
Xatırladaq ki, 2000-ci ildən fəaliyyət göstərən “Delta Telekom” Qafqaz regionunda telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki operatorlardan biridir. Şirkət 27 min manat nizamnamə kapitalına sahibdir. Şirkət korporativ müştərilər, dövlət qurumları, banklar və özəl müəssisələrə kompleks həllər təqdim edir. Bundan əlavə, “Delta Telekom” regionun ən iri internet super magistralına sahibdir və müasir texnologiyalarla təchiz edilmiş infrastrukturu vasitəsilə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir.