17 C
Baku
Monday, May 13, 2024

“Deməzsiniz, saat neçədir?”

Nəyə görə saata baxmadan 1 saatın keçib keçmədiyini deyə bilmirik? Nevrobioloqlar bu yaxınlarda beynimizin saatı necə qəbul etdiyini araşdırmışlar. Alimlərin gəldiyi nəticəyə görə bir tərəfdən beynimiz bu günə qədər istifadə edilən ən dəqiq ölçmə alətlərinin biridir. Digər tərəfdən isə bu inanılmaz bir vasitədir. 

Bəs belədirsə nəyə görə bizim qavrayışımız heç vaxt dəqiq olmayacaq? Dəqiqə intervalı 60 saniyəyə bərabər olan elektron saatda rəqəmlərin sürətlə dəyişməsini müşahidə edirsiniz. Lakin bizim beynimizdə bu dəqiqə nisbidir. Bəzən beynimiz “daxili” dəqiqəni “real” dəqiqə artıq keçdikdən bir qədər sonra qəbul edir. Bütün bunlar isə ona görədir ki, biz zamanı həddindən artıq subyektiv olan bioloji saatımız ilə qəbul edirik. Bizim daxili saatımız bəzi hallarda elektron saata çox bənzərdirlər. O zamanı alimlərin “impuls” adlandırdığı vahidlərlə ölçürlər.

Bu impulslar toplanır və zaman intervalının müəyyən hissəsi kimi yaddaşımıza həkk olunur. Və buradan qəribəliklər başlanır. Bizim bioloji saatımızı isə “sürətləndirmək” və narkotikdən tutmuş, adi diqqətin yayındırılması kimi müxtəlif üsullarla “ləngitmək” olar. Əgər küçəni keçmək üçün “real” zamanda bizə 60 saniyə tələb olunursa, bizim daxili saatımız bunu cəmi 50 impulsla qeydə ala bilər.

Hər hansı bir işi görmək üçün sizə nə qədər vaxt tələb olunduğunu düşündüyünüzdə beyniniz artıq yaddaşa həkk olunmuş zaman intervalları arasında seçim edir və bu da öz növbəsində təsadüfi seçimdir. Qısası, əsl, real saatlar olmadan keçinə bilmərik!

Son xəbərlər
 ⁠
Digər xəbərlər