4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2.5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Bu barədə Banker.az-a BFB-dən bildirilir.
6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
Hərrac tarixi |
İllik faiz dərəcəsi |
Ödəmə periodu |
Tədavül müddəti |
AZ2014022282 |
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
2500 (ədəd) |
1,000 manat |
06.07.2023 |
13 % |
90 gündən bir |
24 ay |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.