15 C
Baku
Tuesday, April 30, 2024

Demokratik idarəetmə bizim üçün deyil?

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Əvvəlcə deyim ki, söhbət təşkilatlardakı, xüsusilə şirkətlərdəki idarəetmədən gedir.

Tez-tez eşidirik ki, bizim camaatla demokratik idarəetmə mümkün deyil. Gərək bizim adamlarla sərt olasan və s. Bu yazını yazmaqda da məqsədim həmin yanaşmanın yanlış olduğu barədə fikirlərimi bildirməkdir. 

Əslində bu fikirlər mahiyyətcə “xalqımız demokratiyaya hazır deyil” tipli gərəksiz illüziyadan fərqlənmir.

Təəccüblüsü odur ki, bu fikri bir çox yüksək ranqlı menecerlərdən də eşitmək olur. Bu fikrin yaranmasının əsas səbəbi odur ki, avtoritar idarəetmə effektiv olmasa da, asandır. Asan idarə olunan insanları yığacaq, əmrlərlə, direktivlərlə idarə edəcək şirkəti.

Demokratik idarəetmə isə, əlbəttə ki, xeyli çətindir və peşəkarlıq tələb edir. Bunu hər menecer bacarmaz. Bu idarəetmə menecerlərdən yüksək liderlik qabiliyyəti tələb edir. Həmin liderlər ünsiyyət bacarıqlarından istifadə etməklə lazımi motivasiya sistemi yarada, münasibətə əsaslanan effektli idarəetməyə nail ola bilirlər.

Aşağıdakı cədvəldə avtoritar və demokratik liderliyi səciyyələndirən xüsusiyyətlər əks olunub:

Avtoritar

Demokratik

Komanda-kontrol sistemi

Liberal sistem

Təkbaşına qərarvermə

Kollegial qərarvermə

Direktivlər, əmrlər

Münasibət, ünsiyyət

İşçilərlə məsafə saxlanılır

Məsafə minimum olur

Motivasiya sistemi az effektli

Motivasiya sistemi çox effektli

İş tələb olunur

Nəticə tələb olunur

İşə müdaxilə çox olur

Sərbəstlik olur nisbətən

Asan

Çətin (peşəkarlıq tələb edir)

Ideyalar gözlənilmir

Ideyalar, fikirlər eşidilir

Avtoritar üslubda motivasiya sistemi az effektlidir. Çünki motivasiyanın əsası münasibətdir, ünsiyyətdir, direktivlər yox.

Demokratik üslubda isə əksinə. Motivasiya etmək asandır işçiləri. Çünki xoş atmosfer olur.

Demokratik idarəetmədə effektivliyə səbəb olan digər amil isə burada işçilərin potensialından daha düzgün, səmərəli istifadə olunmasıdır. Həm işlər düzgün şəkildə deleqasiya olunur (ötürülür), həm də işçilərə lazımi səlahiyyət verilir. Bundan başqa, işçilər işlərinə daha yaradıcı yanaşır, həmişə yeni təkliflər, ideyalar verirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər