13 C
Baku
Tuesday, November 19, 2024

Demokratlar Kamala Harrisi prezidentliyə namizəd kimi təsdiqləyiblər

Demokratlar Partiyasının nümayəndələri təntənəli səsvermədə Kamala Harrisi prezidentliyə namizəd kimi rəsmən təsdiqləyiblər. Çikaqoda keçirilən milli qurultayda onun lehinə 4 566 nümayəndə səs verib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“CNN”in məlumatına görə, təntənəli səsvermə Delaver ştatında baş tutub. Səsvermə Kamala Harris və onun seçilmiş vitse-prezidentliyə namizədi Tim Valzın vətəni Kaliforniya və Minnesota ştatlarında aparılıb. “United Center” idman arenasında açıq səsvermənin nəticələri elan edilib.

Demokratlar Partiyası avqustun 7-də keçiriləcək prezident seçkilərində rəsmi olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Xanım Harris partiyadaxili seçkilərdə iştirak etməyib. Onun namizədliyini ABŞ prezidenti Co Bayden yarışdan çıxdığını elan etdikdən sonra təklif edib. ABŞ-də seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər