“Pişiyin hansı rəngdə olmağının əhəmiyyəti yoxdur. Təki o siçanları ovlasın” – Den Sayopin Çinin iqtisadi müasirləşdirilməsinin mütləqliyini 1962-ci ildə bu sözlərlə ifadə etmişdi. Fermer ailəsindən çıxmış, Fransa və sovet Rusiyasında təhsil almış Sayopin 1970-ci ilin sonunda hakimiyyətə gəlmişdi. O belə hesab edirdi ki, dekollektivləşdirmə və iqtisadiyyatın sərbəstləşdirilməsi Çini xaosdan xilas edə bilər.
1978-ci ildə Sayopin islahatlara təşəbbüs etdikdə Çin iqtisadiyyatı durğun vəziyyətdə idi. Çinin Kommunist partiyası isə vətəndaşların etibarını itirmişdi. Bu zaman Sayopin ilk olaraq ÇKP-nın kəndlilər yanında olan etibarını bərpa edir və onlara 1980-ci ilə qədər qanunsuz hesab edilən sahibkarlıq hüququ verir. Sərbəst ticarət etmək hüququ xidmət sahəsində kiçik və orta biznes, turizm, texnika təmiri fonunda inkişaf etməyə başlayır.
1985-ci ildə Kommunist partiyası ilk dəfə olaraq şəxsi kapitalın mövcudluğunu təsdiq etdi. Bununla eyni zamanda əcnəbi şirkətlərin fəaliyyətinə zəmin yaradan xüsusi iqtisadi zonalar yaradılır ki, buda investisiya artımına gətirib çıxarır. Bazar iqtisadiyyatına doğru meyllərinə görə Sayopin kommunist ideyalarına xəyanət etməkdə günahlandırılsa da, o “Çin simalı sosializm” yaratdığını hesab edirdi.
İqtisadiyyatın açıqlığına baxmayaraq, ölkənin siyasi sistemi əvvəlki kimi qapalı olaraq qalırdı. Çinin rəhbər vəzifəsini tutmağa nail olmamış Sayopin 20 ildən çox ölkənin əsas adamı olaraq qaldı. Bununla yanaşı, tələbə və ziyalıların bir hissəsi SSRİ-də olduğu kimi “aşkarlıq” və “yenidənqurmalar” gözləntisi ilə siyasi sistemdə dəyişiklik tələb edirdi. 1989-cu ilin aprel ayında Pekinin Tyananmen meydanında etirazlar başlayır. Bir aydan sonra Sayopinin əmri ilə onlar qəddar şəkildə ordu tərəfindən dağıdılır. Müxtəlif hesablamalara görə, bir neçə yüz insandan bir neçə min insana qədər vətəndaş həlak olmuşdu.
Diktator ənənələrinə baxmayaraq, Sayopin özü siyasi səhnədən gedir. Onun tərəfindən başlanılan iqtisadiyyatın liberallaşması indiyə qədər davam edir. Onun köməkliyi ilə ölkə dünya bazarının liderlərindən birinə çevrildi.