8 C
Baku
Friday, December 13, 2024

Denzel Vaşinqtonun həyat qaydaları

– Heç vaxt öz şəklimi hər hansı bir jurnalın üz qabığında görmək istəməzdim.

– Mən demək olar ki, kilsədə böyümüşəm. Atam 60 il ərzində keşişlik edib və biz hər gün dua edirdik. Bizim bütün dualarımız eyni sözlərlə bitirdi: “Amin, Allah – sevgidir” və uşaqlıqda mən elə bilirdim ki, “Allah və sevgi” eyni sözlərdir. Bu sözlərin həqiqətən də belə olduğunu anlamağım üçün kifayət qədər uzun müddət tələb olundu.

– Mənim anam çox tərs xarakterli idi. Məktəbdə nə isə pis bir şey edəndə məni evə getmək üçün məktəbdən qovurdular. Evə gəldikdə isə anam məktəbə geri dönmək üçün məni evdən qovurdu.

– Denzel Vaşinqton olmaq – bu çox sadədir.

– Mən əyləncələrdən kənar yaşayıram və aktyorlardan isə yalnızca birgə işlədiklərimdən başqa demək olar ki, heç kimi tanımıram.

– Mən filmlər barədə danışmağı sevmirəm. Elə indi də, çox az filmə baxıram.

– Mən aktyoram. Qəddar olmaq lazımdır və mən qəddar olacam.

– Ən kasıb insanlar qaydalara uyğun, ən dürüst insanlardır.

– Maşinistləri adi insan adlandırdıqda bu mənim xoşuma gəlmir. İnanılmaz sürətlə gedən və 100 min funt ağırlığında olan qatarı idarə edən insan adi, sadə insan ola bilməz.

– Əgər sən daim qorxu içərisində yaşayırsansa, bəzən məhz nədən qorxduğunu unudursan.

– Bütün həyatın boyu yalnızca günəşli günlər yaşaya bilməzsən. Qaranlıq da həyatın bir hissəsidir. Lakin indi mən günəşli tərəfdəyəm.

– Mən bilmirəm uğurlu olmaq nə deməkdir. Lakin mən xoşbəxtliyin nə demək olduğunu çox yaxşı bilirəm.

Son xəbərlər
Digər xəbərlər