14 C
Baku
Thursday, April 25, 2024

Departament: ABŞ Türkiyəyə “F-16” satmaqda maraqlıdır

Türkiyənin ABŞ-dan “F-16”lar alması ilə bağlı rəsmi Vaşinqtondan yeni açıqlamalar verilib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.

Onun sözlərinə görə, ABŞ Türkiyəyə “F-16”lar tədarük etməkdə maraqlıdır.

“Türkiyə bizim NATO-da önəmli müttəfiqlərimizdən biridir. Həmçinin təhlükəsizliklə bağlı əsas tərəfdaşlarımızdandır. ABŞ Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq mövzusunda maraqlıdır”, – Prays deyib.

ABŞ rəsmisi, həmçinin Türkiyənin terror təhdidinə qarşı mübarizəsinə də toxunub: “Heç bir NATO ölkəsi öz ərazilərində Türkiyə qədər terror təhdidinə məruz qalmayıb. Bu təhdidlə mübarizə üçün lazım olanları təmin etmək bizim üçün də əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, ABŞ Türkiyəyə “F-16” təyyarələri satmaq barədə müsbət qərar verib. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bu addımı təqdir etdiklərini açıqlayıb.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər