16 C
Baku
Thursday, April 18, 2024

İT departamentinin Proqram təminatı şöbəsinə web proqramçı – Rabitabank

“Rabitabank” ASC İT departamentinin Proqram təminatı şöbəsinə web proqramçı vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Yeni Web proyektlərin yaradılması;
  • Cari Web proyektlərdə dəyişikliklər və onlara dəstək;
  • WebService -lərin yazılması;
  • Mövcud WebService -lərə dəstək;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.

Namizədə qarşı tələblər:

  • Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsilli olmalı;
  • Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
  • Bank və maliyyə proyektləri üzrə iş təcrübəsinə malik olmalı;
  • C#, ASP.NET, PHP, Java, Spring, WebServices (RESTful, SOAP), Jax-WS, JavaScript üzrə bilikləri olmalı

Davranış səriştələri:

  • Analitik düşünmə qabiliyyəti;
  • Böyük baza ilə işləmək qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər