“Damla” əmanəti

    0
    X

    Expressbank

    Bu əmanət növünə əsasən Siz nağdsız ödəniş edərkən, xərcləyəcəyiniz məbləğdən müəyyən hissəni öz əmanət hesabınıza yerləşdirirsiniz. Ödəniş edərkən, xərclənən məbləğ seçiminizə əsasən yuvarlaqlaşdırılır və fərq əmanətinizə yerləşdirilir. Yuvarlaqlaşma iki növdə Sizə təqdim edilir. “1 Damla” əmanət növünə əsasən məbləğ tam 1 manata çatdırılır, “5 Damla” əmanət növünə əsasən isə 5 manata.

    Misal üçün, “1 Damla” əmanət növünü seçərkən, aldığınız məhsulun qiyməti 3.5 AZN təşkil etdiyi halda, kart hesabınızdan 4 manat çıxılır. Arada yaranan 0.5 AZN fərq əmanət hesabınıza köçürülür. “5 Damla” əmanət növünü seçsəniz o zaman, 3.5 AZN əvəzinə kart hesabınızdan 5 AZN çıxılır və 1.5 AZN əmanət hesabınıza köçürülür.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Həmçinin nağdsız ödənişlərdən qazandığınız Cashback məbləğləri depozit hesabınıza əlavə edilir.

    Minimal məbləğ: yoxdur
    Müddət: 12 ay
    Faizlərin ödənilməsi: Müddətin sonunda
    Valyuta: AZN

    Müddət 1 Damla 5 Damla
    12 ay 12% 10%