Depozit hərracında tələb 2 dəfə aşağı düşdü

0

18.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 439,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdir.

Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

11.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.

Qeyd edək ki, Martın 15-dən Mərkəzi Bank depozit hərracı üzrə faiz aralığını endirib.