Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 1,97 faiz bəndi azalaraq 10,04% təşkil edib. Faiz dərəcəsi cari il mayın 12-dən etibarən 12,01%-ə enib.
İlin əvvəlindən isə faiz dərəcəsində 4,76 faiz bəndi azalma qeydə alınıb. Ötən ilin sentyabrın 19-da baş tutmuş depozit hərracında orta ölçülmüş faiz dərəcəsi 9,49%-dən 14,85%-ə yüksəlib. Beləliklə, faiz dərəcəsi 9 aylıq minimuma düşüb.