17 C
Baku
Saturday, May 18, 2024

Depozit hərracına tələbin artdığı bir dövrdə AMB cəlb edəcəyi vəsaiti azaldıb

Depozit hərracına tələbin artdığı bir dövrdə Mərkəzi Bank  depozit hərracında cəlb edəcəyi vəsaiti azaldıb.

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracının 03 iyun 2019-cu il tarixində keçiriləcəyini bəyan edib. Hərrac vasitəsilə 100 milyon manatını cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, son hərraclarda 150 milyon manat cəlb edilirdi. İlin əvvəlində isə məbləğ 300-350 milyon manat təşkil edirdi. Mərkəzi Bank uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı hədlərini aşağı salmaqla bərabər, depozit hərracında cəlb etdiyi məbləği də azaldır.

03 iyun 2019-cu il tarixində keçiriləcək hərrac üzrə müddət 14 gün, faiz dərəcəsi 6,76% – 8,74% aralığındadır.

Bildirək ki, son hərraclarda tələb təklifi dəfələrlə üstələyir. Banklar izafi vəsaitlərinin depozit hərraclarında yerləşdirmək istəyirlər. 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər