2025-ci ilin 1 aprel tarixinə olan statistik göstəricilərə əsasən, Azərbaycanda bankların ümumi depozit portfeli 37.29 mlrd manat təşkil edib. Bu isə ilin əvvəlindən bəri ümumilikdə 1.0%-lik azalma deməkdir.
Banker.az xəbər verir ki, depozit portfeli üzrə lider bank 12.2 mlrd manatla Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bank ilin ilk üç ayında portfelini 5.4% artıraraq mövqeyini daha da möhkəmləndirib.
İkinci pillədə yer alan Kapital Bank isə 11.44 mlrd manatlıq portfeli 9.5% artıb. Üçüncü yeri 7.29 mlrd manatla PAŞA Bank tutsa da, bu bankda depozit həcmi 0.3% azalıb.