9 C
Baku
Tuesday, December 24, 2024

Depozit portfelinə görə renkinq: dinamika və bazar payı (01.10.2024)

Azərbaycanda bank sektoru 2024-cü ilin ilk üç rübü ərzində cəmi müştərilərdən cəlb etdiyi depozit portfelinin həcmini 1 mlrd. 508.82 mln. manat ekvivalentində artırmaqla 4.4% manata çatdırıblar.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinad edir.

Beləliklə, portfel III rübün sonuna  36 mlrd. 58.9 mln. manat olub və bunun yalnız 14 mlrd. 26.9 mln. manatı xarici valyutada olan hissəsidir. Bankların depozit portfelində əsas artım həcmi fiziki şəxslərin depozitlərində müşahidə edilib. Fiziki şəxslərin depozitlərinin həcmi ilin ilk üç rübündə 10.1 faiz artaraq  13  mlrd. 849.1 mln. manata yüksəlib ki, bunun da  8 mlrd. 242.8 mln. manatı müddətli əmanətlərdir.

Qalan  22 mlrd. 209.8 mln. manatı şirkətlərin hesabları və depozitlərindən formalaşır. Burada cəmi 1.1 faiz illik artım var.

Sektorda ən iri portfel ABB-dədir. Depozitlərin 27 faizi və ya 9 mlrd. 665.2 mln. manatı dövlət bankının portfelindədir.

 

342423

Son xəbərlər
Digər xəbərlər