6 C
Baku
Sunday, December 15, 2024

Depozitlər avqust ayındada daşınmaz əmlak bazarını qidalandırıb

Bu sözləri Value and Sources konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev bildirmişdir.

Mərkəzi Bankın məlumatına əsasən 01 Sentyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib ki, buda avqust ayının 1-i (7 milyard 605,1 milyon manat) ilə müqayisədə 284,8 milyon manat azdır. Maraqlısı odur ki, avqust ayında və sentyabr ayının əvvəlində daşınmaz əmlak bazarında aktivlik artmışdır. Bəzi hallarda qiymət artımlarıda müşahidə edilirdi. Buna baxmayaraq ümumi qiymət səviyyəsində artım olmayıb. Bazarda aktivliyin artmasını biz ancaq banklardakı əmanətlərin bir hissəsinin daşınmaz əmlaka yönəlməsi ilə əlaqələndirirdik. Çünki daşınmaz əmlak bazarını pul vəsaitləri ilə qidalandıra biləcək başqa mənbələr yoxdur. İqtisadi aktivlik aşağı düşdüyündən əhalidə sərbəst pul vəsaitlərinin cəmləşməsi prosesi çox aşağı səviyyədədir. Bazarın kreditləşməsidə sabit qalmış, gözləntilər isə neytral. Sentyabr ayının 2-ci yarısından aktivlik bazarda yenə aşağı düşmüşdü. Əvvəldə təhlil yazılarında qeyd etmişdik ki, artıq bir neçə aydır bank sektorundakı vəziyyət daşınmaz əmlak bazarında qiymətlərə dəstək göstərir. Bu dəstək qiymət artımına yox, qiymətlərin düşməsi tempinin azalmasına xidmət edirdi. Hesab edirik ki, Avqust ayı üzrə 284,8 milyon manatlıq azalmanın maksimum üçdə biri daşınmaz əmlak bazarına yönəlib. Əgər məbləğin yarıdan çoxu bazara yönəlsəydi bazarda əhəmiyyətli qiymət artımı müşahidə edilərdi. Bu daha aydın bir müddət sonra bilinəcək.

Son xəbərlər
Digər xəbərlər