10 C
Baku
Wednesday, December 11, 2024

Depozitlər üzrə orta faiz dərəcəsi hər ay aşağı enir

1 Noyabr tarixində ölkədə depozitlər üzrə orta faiz dərəcəsi manatla 8,77%, xarici valyuta ilə 8,91% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, əvvəlki aylarla müqayisədə depozitlər üzrə orta faiz dərəcəsi aşağı enməyə başlayın.

Bununla yanaşı hüquqi şəxslər üzrə depozitlər orta faiz dərəcəsi manatla 5,40%, xarici valyuta ilə 4,76%, fiziki şəxslər üzrə isə manatla 9,39%, xarici valyuta ilə isə 9,93% təşkil edib.

Qeyd edək ki, depozitlər üzrə faiz dərəcəsinin ən yüksək vaxtı 9,42%-lə ilin əvvəlində müşahidə olunub. Cari il üzrə ən aşağı faiz dərəcəsi isə bu ay qeydə alınıb.

Lakin 1 aya qədər verilən depozitlər üzrə faiz dərəcəsi nisbətən yuxarı qalxıb. Belə ki, depozitlər üzrə orta faiz dərəcəsi manatla 6,34%, xarici valyuta ilə 6.03% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər