Sadədən mürəkkəbə doğru
İnsanlar öz əmanətlərini banklara nədən ötrü aparır? Əlbəttə ki, onların təhlükəsizliyini təmin etmək və ən başlıcası gəlir əldə etməkdən ötrü. Bu zaman sadə və mürəkkəb faiz düsturlarını bilmək, həmçinin sizə lazım olduğu təqdirdə hər hansı bir depozitə görə nə qədər gəlir əldə edə biləcəyinizi öncədən hesablamaq sizin olduqca karınıza çatacaq. Axı depozitlər və ya kreditlər ilə bağlı faizlərinin proqnozunun verilməsi öz maliyyə resurslarının ağılla idarə edilməsinin əsas təşkiledici elementlərindən biridir. Belə bir proqnozu hər hansı bir sövdəyə imza atmaq və ya maliyyə əməliyyatı keçirməkdən öncə irəli sürmək daha çox yerinə deşərdi.
Əmtəələrə (depozitlərə) görə faizlərin hesablanması (eləcə də kreditlərə görə) üçün bu düsturlardan istifadə edilir:
Sadə faizlər düsturu
Mürəkkəb faizlər düsturu
Faizlərin yuxarıda qeyd edilən qayda ilə hesablanması sabit və ya dəyişkən faizlərdən istifadə etməklə həyata keçirilir. Bu məsələ sizə qaranlıq qalmasın deyə və qarşıda onun üzərinə bir də qayıtmamaq üçün elə yerindəcə bu anlayışların izahını gətirmək istərdim.
Sabit faiz dərəcəsi olur ki, bankdan əmanətlə bağlı faiz dərəcəsi müəyyən edildikdə, həmin dərəcədə müqavilə ilə təsdiqlənmiş olur və əmanətlərin bütün qoyuluşu müddəti ərzində dəyişməz qalır. Belə faiz dərəcəsi yalnız müqavilənin yeni müddətə avtomatik uzadılması və ya müqavilə münasibətlərinin vaxtından əvvəl pozulması halında dəyişə bilər.
Dəyişkən faiz dərəcəsi müqavilə ilə rəsmiləşdirilmiş faizi dərəcəsinin əmanətin bütün qoyuluş müddətində dəyişməsi anlamına gəlir. Faizlərin dəyişməsi şərtləri və qaydası depozit müqaviləsində öz əksini tapır. Faiz dərəcələri yenidən maliyyələşmə dərəcələrinin, valyuta məzənnələrinin dəyişməsi, əmanət məbləğinin başqa kateqoriyaya daxil olması və digər faktorlar ilə bağlı ola bilər.
Düsturların tətbiqi ilə faizlərin hesablanması üçün vəsaitin əmanət kimi yatırılma parametrlərini bilmək tələb olunur, daha dəqiq desək:
- əmanətin (depozitin) məbləği
- faizlərin hesablanma dövrlülüyü (gündəlik, aylıq, rüblük və s)
- əmanətin (depozitin) yatırım müddəti
- istifadə olunan faiz növü (sabit və ya dəyişkən, mürəkkəb və ya sadə).
Sadə faizlər düsturu
Sadə faizlər düsturu o zaman tətbiq olunur ki, əmanətə əlavə olunan faizlər əmanətin üzərinə yalnız müddətin (və ya dövrün) sonunda əlavə olunur, ya da ümumiyyətlə əlavə olunmadan ayrıca bir hesaba oturdulur. Yəni sadə faizlər formulu faizlərin kapitlallaşmasını nəzərdə tutmur.
Bankda depozit məhsulunu seçərkən faizlərin hesablanma qaydasına nəzər salmaq tövsiyə olunur, çünki əgər depozit məbləği böyük, və onun yerləşdirilmə müddəti uzun olarsa, bank isə faizlərin kapitallaşmasını tətbiq etmirsə, bu əmanətçinin faiz gəlirlərinin azalmasına gətirib çıxarır.
Ümumilikdə sadə faizlərin hesablanma formulu belə görünür:
Simvolların izahı:
S — depozit müddətinin sonunda əmanətçiyə verilməli olam məbləğ, o ilkin depozit məbləğindən və üstəgəl hesablanmış faizlərdən ibarət olur.
n- illik faiz dərəcəsi
i– müddət (depozit üzrə faizlərin hesablanmalı olduğu günlər)
t –təqvim ili üzrə günlərin sayı (365 və ya 366)
Sd –depozitə cəlb olunan pul vəsaitlərinin ilkin məbləği
Sf –faizlərin məbləğ (gəlirlər).
Amma faizlərin miqdarını (yəni əldə etdiyiniz gəliri) müəyyən etmək üçün bu düsturdan istifadə edə bilərsiniz:
Sizə sadə faizlər metodu ilə hesablanan bank depozitlərinə dair bir neçə nümunə təqdim edirik:
Nümunə 1. Belə təsəvvür edək ki, bank 50000 manat məbləğində depoziti 30 günlük qəbul edib, sabit faiz dərəcəsi illik 10,5% dərəcəsidir. Müvafiq hesablamanı aparırıq:
S = 50000 + 50000 × 10,5 × 30 ÷ 365 ÷100 = 50431,51
Sf = 50000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 431,51
Nümunə 2. Bank tərəfində eyni miqdarda depozit, lakin bu dəfə 3 ay (90 gün) müddətinə, sabit 10,5% dərəcəsi ilə qəbul edilib, şərtlərdə dəyişən yeganə nüans depozitinin qoyuluş müddətidir.
S = 50000 + 50000 × 10,5 × 90 ÷ 365 ÷100 = 51294,52
Sf = 50000 × 10,5 × 90 ÷ 365 ÷ 100 = 1294,52
İki nümunəni müqayisə etsək görərik ki, depozit sadə faizlər ilə hesablandıqda aylıq əlavə olunan faizlərin miqdarı dəyişmir.
431,51 ×3 ay = 1294,52 manat
Nümunə 3. Bank 50 000 manat civarında sabit faiz dərəcəli, illik 10,5%lik depozit cəlb edib. Depozitə əlavə məbləğ etmək imkanı vardır (yığım əmanət növündə olduğu kimi) və 61-ci gündə depozitin əsas məbləğinə 10 000 manat əlavə edilib.
S1 =50000 + 50000 × 10,5 × 60 ÷ 365 ÷ 100 = 50863.01
Sf1 = 50000 × 10,5 × 60 ÷ 365 ÷ 100 = 863.01
S2 = 60000 + 60000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 60517.81
Sp2 = 60000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 517.81
Sf = Sf1 + Sf2 = 50000 × 10,5 × 60 ÷ 365 ÷ 100 + 60000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 863,01 + 517,81 = 1380,82
Nümunə 4. Bank tərəfindən yenə də eyni miqdarda 50 000 manat 3 aylıq (90 gün), lakin bu dəfə dəyişkən faizli depozit cəlb olunub. İlk ay (30 gün) üçün faiz dərəcəsi -10,5%, növbəti iki ay üçün isə (60 gün) faiz dərəcəsi 12%-dir.
S1 = 50000 + 50000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 50000 + 431,51 = 50431.51
Sf1 = 50000 × 10,5 × 30 ÷ 365 ÷ 100 = 431,51
S2 = 50000 + 50000 × 12 × 60 ÷ 365 ÷ 100 = 50000 + 986,3 = 50986.3
Sf2 = 50000 × 12 × 60 ÷ 365 ÷ 100 = 986,3
Sf = 50000 × 10,5 × 30 ÷ 365 ÷ 100 + 50000 × 12 × 60 ÷ 365 ÷ 100 = 431,51 + 986,3 = 1417,81
Comments are closed.