26 C
Baku
Tuesday, April 30, 2024

Depressiya yaradan vərdişləriniz…

Depressiya yalnızca hər hansı bir hadisə ilə əlaqədar deyil, sahib olduğumuz vərdişlər səbəbindən də yarana bilər. Gündəlik və normal yaşayışınıza əngəl törədən depressiyadan  özünüzü qorumaq üçün bu vərdişlərdən azad olmağa çalışın: 

Özünüzə yazığınızın gəlməsi və ətrafdakılardan mərhəmət gözləmək:

Bu cümləni tez-tezmi işlədirsiniz: “Mən ki, elə yaxşı insanam. Nəyə görə bütün bunlar mənimlə baş verir?” Ümumilikdə bunlar bütün insanlara xasdır. Lakin bəzi insanlar vəziyyəti dəyişmək üçün dərhal fəaliyyətə keçdiyi halda, digərləri özünə yazığı gəlməkdə davam edir və həyatında heç bir şeyi dəyişmir. Özünə yazığı gəlmək əhəmiyyətli dərəcədə depressiyanı dərinləşdirir və bununla yanaşı vəziyyətdən çıxmağa heç bir köməklik etmir.

Bizə xoş olmayan işləri görmək vərdişi:

Hər birimiz istəmədiyimiz, lakin yerinə yetirməyə məcbur olduğumuz işləri görməyə məhkumuq. Lakin hər bir vəziyyətdən çıxış yolu vardır. Bir faktı qəbul edək ki, istəsəkdə istəməsək də biz bu işi görməliyik, elə isə stressə qapılmaq və əsəbiləşmək əvəzinə bu işi xoşluqla yerinə yetirin. Stressiz yerinə yetirdiyiniz işin sözsüz ki, keyfiyyəti də yüksək olacaq.

Keçmişlə yaşamaq vərdişi:

Bax əvvəllər mən cavan, gözəl, şən, ağıllı və s. idim, indi isə… Yaxudda keçmişdə yaxşı təşkil edilməmiş münasibətləri daim yadınıza salırsınız.

Beləliklə, biz özümüzü keçmişin ağır yükü ilə yükləyirik ki, bu da zamanla bizi “uğursuz” birinə çevirir. Keçmişdən əl çəkmək, inciklikləri bağışlamaq və indiki zamanla yaşamaq lazımdır.

Özünü digərləri ilə müqayisə etmək vərdişi:

Etməli olduğunuz ən düzgün müqayisə keçmişdəki SİZ-lə indiki SİZ olmalısınız. Özünüzü digərləri ilə müqayisə etməyin heç bir mənası yoxdur. Digərlərinin həyatı arxasıyca qaçmaq öz qələbələrinizə sevinmək hissindən sizi məhrum edir. Bundan əlavə, daim digərlərinin həyatını izləmək insanda asılılıq və paxıllıq yaradır.

Özünü digərlərindən pis hesab etmək vərdişi:

Bu əsasən uşaq vaxtı əldə edilən “qəddar” tərbiyə əsasında formalaşır. Valideynlər övladına onun pis uşaq olduğunu, onunla qürur duyulacaq heç bir cəhətinin olmadığını təlqin etdikdə həmin şəxs təbii sürətdə daxilən özünü məhv etməyə başalyır. Özlüyündə ona pozitiv şəkildə böyümək və inkişaf etmək imkanından məhrum edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər