10 C
Baku
Thursday, December 12, 2024

Depuatın payı olduğu “EmbaFinans”ın İdarə Heyətinə təyinat

Bank olmayan kredit təşkilatı “EmbaFinans” QSC-nin İdarə Heyətində yeniliklər davam edir.

Banker.az xəbər verir ki, “EmbaFinans”ın səhmdarlarının qərarı ilə Elnur Nəcəf oğlu Kazımov İdarə Heyətinə üzv seçilib. E.Kazımov bundan öncə BOKT-un baş maliyyə inzibatçısı (CFO) idi.

İdarə Heyətinin üzvü bundan öncə Cavid Nadir oğlu Bağırov idi. O, BOKT-un İdarə Heyətinin sədri seçilib.

Xatırladaq ki, “EmbaFinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. QSC-nin səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər