“Gələn ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb”.
SalamNews xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir: “Ayrılan vəsait kifayət qədər azdır. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”.
Fəzail Ağamalı vurğulayıb ki, rayonlar ləğv edilərək quberniya tipli çevik idarəçilik sisteminə keçilməlidir.