10 C
Baku
Wednesday, December 11, 2024

Deputat: “Azərbaycan çox ciddi struktur islahatlarına ehtiyac duyur”

Azərbaycan çox ciddi struktur islahatlarına ehtiyac duyur. Milli Məclisin üzvü, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə hesab edir.

“Ölkə prezidenti struktur islahatların reallşamasına başlayıb, vitse-prezident təyin etdi. Çox guman ki, bu cür islahatlar davam edəcək əks halda bu proqramı (Milliiqtisadiyyat perspektivi üzrəStrateji Yol Xəritəsi)

reallaşdırmaq çox çətin olacaq. Çox ciddi struktur islahatlarına ehtiyac var”, – deyə V.Əhmədov Sahibkarlar(İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının (ASK)nəşr etdiyi “Biznes Həyatı” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Yol Xəritələri 2025-ci ilə qədər 11 sənədi əhatə edir və “çox ciddi proqramlardır”, lakin vacib olan onların icarsıdır.

“Azərbaycan bir çox sayda bu cür proqramlar qəbul edib. Əsas məsələ onların icrasıdır, bu isə icra strukturları, kadrlardan asılıdr”, – deyə V.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, əgər 2017-ci il üçün nəzərdə tutulan bütün tədbirlər vaxtında yerinə yetirilərsə, “2018-ci ildə problem olmayacaq”.

Son xəbərlər
Digər xəbərlər